EN

Starmer: Britaniya altı sursat fabriki tikəcək

"Britaniya ən azı altı sursat fabriki tikməli və Kral Hərbi Hava Qüvvələrinin inventarındakı uzaqmənzilli raketlərin sayını artırmalıdır".

Operativ Media xəbər verir ki, bunu Britaniyanın Baş naziri Keir Starmer The Sun-a bildirib:

"Bu gün İngiltərədə ən azı altı yeni döyüş sursatı fabriki tikəcəyimizi və 1000-dən çox ixtisaslı sənaye işi yaratacağımızı elan edirik. Biz həmçinin silahlı qüvvələrimiz üçün 7000-ə qədər uzaqmənzilli silah istehsal edəcəyik”.

Baş nazirin sözlərinə görə, “yeni nüvə riskləri”, kiberhücumlar və Rusiya, İran və KXDR arasında dərinləşən əməkdaşlıq Böyük Britaniyanı milli müdafiəsini gücləndirməyə vadar edir: "Bizi qabaqcıl hərbi qüvvələrə malik dövlətlər birbaşa təhdid edir, ona görə də biz döyüşməyə və qalib gəlməyə hazır olmalıyıq".

Chosen
80
23
operativmedia.az

10Sources