EN

Boksçularımız Qazaxıstanda keçirilən beynəlxalq turnirdə 5 medal qazanıblar

Azərbaycan millisinin üzvləri Qazaxıstanın Almatı şəhərində ordu generalı Sadaqat Nurmaqambetovun xatirəsinə həsr olunmuş boks üzrə beynəlxalq turnirdə 5 medal qazanıblar.

Sübhan Məmmədov (48 kq) finalda Nurqisa Turabekovu (Qazaxıstan), Maqsud Xasmetov (63,5 kq) Nurlibek Usmanovu (Qazaxıstan) məğlub edərək birinci yeri tutub.

Tural Sarıyev (51 kq), İlqar Salahov (67 kq) və Sərxan Əliyev (71 kq) isə bürünc medala yiyələniblər.

Chosen
175
10
cbcsport.az

10Sources