AZ

Azərbaycan boksçuları Rusiyadakı turnirdə 8 qızıl medal qazanıblar

Azərbaycan təmsilçiləri Rusiyanın Belebey şəhərində məktəbli boksçular arasında 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş beynəlxalq turnirdə 8 qızıl medal qazanıblar.

Bu barədə "Report"a Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən məlumat verilib.

Komandanın heyətində Onur Qurbanov (38 kq), Babək Abdullayev (40 kq), Məhəmməd Kazımzadə (42 kq), Elcan Musazadə (50 kq), Məhəmməd Əli (52 kq), Amid Ələkbərov (60 kq), Sərxan Haqverdiyev (63 kq) və Yusif Ağakişiyev (80 kq) qalib adına yiyələnib.

Seçilən
189
50
report.az

10Mənbələr