AZ

8 boksçumuz 1/4 finalda

Bakıda yeniyetmə oğlan və qız boksçular arasında “Heydər Əliyev kuboku-2025” beynəlxalq turniri davam edir.

Apasport.az xəbər verir ki, 8 ölkənin qatıldığı yarışın ikinci günündə Azərbaycan millisinin daha 8 idmançısı qələbə qazanıb.

48 kq, 52 kq, 54 kq, 57 kq və 75 kq rəqiblərini məğlub edən boksçularımız 1/4 finala yüksəliblər.

Bakı Boks Mərkəzində keçirilən turnirin üçüncü günündə oğlanlar arasında 28, qızlarda 6 döyüş olacaq.

1/8 final

48 kq

Hüseyn Quliyev (Azərbaycan) – Casurbek Mahmudjonov (Özbəkistan-2) – 4:1 (29:28, 29:28, 29:28, 27:30, 30:27)

52 kq

Yusif Əliyev (Azərbaycan) – Aslan Jenispayev (Qazaxıstan) – 3:2 (29:28, 29:28, 29:28, 28:29, 28:29)

Tunar Mehdiyev (Azərbaycan) – Rəhman Hüseynli (Azərbaycan) – birinci tam üstünlüklə qalib gəlib

54 kq

Sadiq Musayev (Azərbaycan) – Məhəmməd Əliyev (Rusiya) – 4:1 (29:28, 28:29, 29:28, 29:28, 30:27)

57 kq

Yusif Həsənli (Azərbaycan) – Sunnatullo Bakoyev (Özbəkistan-2) – 5:0 (29:28, 30:27, 30:27, 30:27, 30:27)

Əflatun İsmiyev (Azərbaycan) – Abdurahmon Murtazayev (Özbəkistan-2) – 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30)

75 kq

Hüseyn Vahabov (Azərbaycan) – Şahəddin Həsənli (Azərbaycan) – 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27)

İbrahim Veysioğlu (Türkiyə) – Turqay Abbasov (Azərbaycan) – 0:5 (29:28, 29:28, 30:27, 29:28, 29:28)

Qeyd edək ki, 216 (185 oğlan, 31 qız) boksçunun qatıldığı yarışda oğlanların mübarizəsində 14, qızlarda 9 çəki dərəcəsi üzrə qaliblər müəyyənləşəcək. “Heydər Əliyev kuboku-2025″in final görüşləri mayın 21-də olacaq.

Bakıda boks üzrə beynəlxalq təlim-məşq toplanışı keçirilir

Qələbə gününə həsr olunmuş kikboksinq yarışları başa çatıb

Özbəkistanlı boksçular Bakıda hazırlıq keçəcəklər

Akif Quluzadədən qələbə

Azərbaycan Boks Federasiyası və AHİTA arasında əməkdaşlığa dair görüş keçirilib

Seçilən
192
50
apasport.az

10Mənbələr