ABŞ Suriyadakı hərbi mövcudluğunun azaldılması çərçivəsində Suriyadakı iki hərbi bazasını bağlayıb və daha birini Suriya Demokratik Qüvvələrinə təhvil verib.
Axar.az xəbər verir ki, bu barədə Pentaqonun sözçüsü “Əl-Ərəbiyyə” telekanalına deyib.
“500-ə yaxın amerikalı hərbçi Suriyadan çıxarılıb. Ölkə ərazisində yerləşən iki hərbi baza bağlanıb, biri isə Suriya Demokratik Qüvvələrinə təhvil verilib”, - qeyd olunub.