EN

Deputatımız ATƏT PA-nın konfransına qatılacaq

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasında nümayəndə heyətinin üzvü Azay Quliyev iyunun 4-də İtaliya Respublikasının Roma şəhərinə səfər edəcək. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən "Olaylar"a bildirilib ki, səfər çərçivəsində millət vəkili ATƏT regionunda mütəşəkkil cinayətkarlığa qarşı mübarizəyə həsr olunmuş konfransda iştirak edəcək, ATƏT məkanında korrupsiya ilə mübarizəadlı sessiyada çıxış edəcək.
Səfər iyunun 7-də başa çatacaq.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
188
4
olaylar.az

10Sources