EN

XİN başçısı: Gürcüstan Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında rol oynamağa hazırdır

TBİLİSİ, 5 iyun. TELEQRAF

“Gürcüstan regionda sülhün qorunub saxlanılmasına böyük əhəmiyyət verir və qonşularımız arasında münasibətlərin normallaşmasında konstruktiv rol oynamağa hər zaman hazırdır”.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Tbilisi Regional Forumunda çıxışında deyib.

Nazirin sözlərinə görə, Gürcüstanın strateji hədəflərinin həyata keçirilməsi üçün əsas şərt bölgədə davamlı sülhdür.

“Biz inanırıq ki, sülh sərhədləri nə qədər geniş olsa, imkanlarımız da bir o qədər geniş olacaq”, - M.Boçorişvili söyləyib.

Chosen
43
5
teleqraf.com

10Sources