EN

“Atletiko” transferi yekunlaşdırmaq üzrədir

“Atletiko” heyətini gücləndirməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, Madrid təmsilçisi “Vilyarreal”dan Aleks Baenanı transfer etməyə yaxındır. Bu barədə “Fichajes” nəşri məlumat yayıb. Madrid təmsilçisi Baena ilə razılaşıb, klubu ilə danışıqları davam etdirir.

“Atletiko” transferi 45 milyon avroya tamamlamaq niyyətindədir. Danışıqlar artıq son mərhələdədir.

Baena başa çatan mövsümdə La Liqada 32 oyunda 7 qol vurub, 9 məhsuldar ötürmə edib.

Chosen
116
2
futbolpress.az

10Sources