EN

“İspaniya dünyanın ən güclü komandası ola bilər, amma biz özümüzə inanırıq”

Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo UEFA Millətlər Liqasının finalında İspaniya ilə keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.

90deqiqe.Az xəbər verir ki, 40 yaşlı ulduz hücumçu qarşılaşma öncəsində komandanın əhval-ruhiyyəsinin yüksək olduğunu bildirib:

"Komanda hazırda optimist və özünə inamlıdır. Qarşıda bizi möhtəşəm bir komanda – bəlkə də dünyanın ən güclüsü gözləyir. Amma biz yarımfinaldakı qələbədən sonra daha da güvənliyik. Ümid edirəm ki, özümüzü ən yaxşı tərəfdən göstərə biləcəyik və kuboku qazanacağıq. Finalın təbiəti belədir. Biz sakitik və hər şeyin alınacağına inanırıq."

Qeyd edək ki, Portuqaliya millisi yarımfinalda Almaniyanı 2:1 hesabı ilə məğlub edib. Həmin oyunda qələbə qolunu məhz Ronaldo vurub. Portuqaliya–İspaniya finalı 8 iyun tarixində Almaniyanın "Arena Münhen" stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Chosen
157
33
90deqiqe.az

10Sources