Portuqaliya millisinin kapitanı və hücumçusu Kriştianu Ronaldu 8 iyun tarixində UEFA Millətlər Liqasının finalında İspaniya ilə qarşılaşacaqları oyun öncəsi açıqlama verib.
90deqiqe.Az xəbər verir ki, ulduz futbolçu bu barədə UEFA-nın mətbuat xidmətinə açıqlamasında danışıb.
“Bütün oyunlar özünəməxsus hekayəyə malikdir. Uzun müddət Almaniyanı da məğlub edə bilmirdik, amma zaman keçir və hər şey dəyişir. Bilirik ki, qarşıdakı oyun çox çətin olacaq, bu, final matçlarının təbiətidir. İspaniya hazırda çox güvənlidir, son 24 rəsmi oyunda uduzmayıb. Lakin bizim də öz güclü tərəflərimiz var. İnanırıq ki, bu dəfə hər şey bizim xeyrimizə olacaq”
Qeyd edək ki, Portuqaliya yarımfinalda Almaniyaya qarşı 2:1 hesabı ilə qələbə qazanıb. Həmin görüşdə həlledici qolu məhz Ronaldu vurub.