"Arsenal" klubu "Yuventus"un futbolçusu Kenan Yıldızla maraqlanır.
Offsideplus.az xəbər verir ki, lakin bu transferin baş tutmağı çox da real görünmür. Türkiyəli futbolçunun "qoca sinyora" ilə müqavilə müddətini uzadacağı gözlənilir.
Bu barədə "Tuttosport" məlumat yayıb.
K. Yıldız iki mövsümdür "Yuventus"un əsas komandasında çıxış edir. O, başa çatan mövsümdə 48 oyunda 9 qol vurub və 7 məhsuldar ötürmə edib.
Transfermarkt portalına görə türkiyəlinin bazar dəyəri 45 milyon avrodur.