EN

Rusiya Kırım və Xersondan Sumı vilayətinə böyük hərbi qüvvə daşıyır  

Rusiya ordusu son günlərdə Kırım və Xerson istiqamətlərindən Ukraynanın Sumı vilayətinə doğru böyük miqyaslı hərbi qüvvə və texnika yerdəyişməsinə başlayıb.

Musavat.com xəbər verir ki, bu barədə Mariupolun keçmiş meri Petro Andryuşenko məlumat yayıb.

Onun sözlərinə görə, yalnız son həftəsonu ərzində Mariupol üzərindən azı 10 yeni özüyeriyən artilleriya qurğusu (SAU), bir hava hücumundan müdafiə kompleksi və 40-dan çox canlı qüvvə və sursat daşıyan yük maşını Sumı istiqamətinə göndərilib.

Andryuşenko qeyd edib ki, bu, təkcə son yarım il ərzində deyil, ümumiyyətlə, müharibənin başlanğıcından bəri Rusiya tərəfinin həyata keçirdiyi ən böyük hərbi köçürmədir. Ekspertlər bu hərəkətliliyin Sumı vilayətində genişmiqyaslı hücumun başlanğıcı ola biləcəyini istisna etmirlər.

Hazırda bölgədə döyüşlərin intensivləşdiyi və rus qoşunlarının aktiv hücuma keçdiyi bildirilir. Ukrayna tərəfi vəziyyəti nəzarətdə saxlamağa çalışır.



Musavat.com

Chosen
94
40
musavat.com

10Sources