EN

Mayk Menyan "Milan"ı tərk etməkdə qərarlıdır

Fransalı qapıçı Mayk Menyan yay transfer dönəmində "Milan"ı tərk etməyə hazırlaşır.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli qolkiper "Çelsi"yə keçməkdə israrlıdır və artıq klub rəhbərliyinə açıq şəkildə mövqeyini bildirib.

İddiaya görə, Menyan “Milan” rəhbərliyinə bildirib ki, əgər “Çelsi” ilə razılıq əldə olunmasa, o, gələn yay müqaviləsi başa çatdıqda azad agent kimi klubu tərk edəcək. Qolkiperin hazırda müqaviləni yeniləmək niyyətində olmadığı da vurğulanır.

Qeyd edək ki, iyulun əvvəlində 30 yaşını tamamlayacaq Menyan, "Milan"ın əsas qapıçısı kimi son illərdə parlaq çıxışları ilə yadda qalıb. Onun “Çelsi”yə keçidi baş tutacağı təqdirdə, bu, London klubunun Enzo Mareska rəhbərliyində ilk böyük transferlərindən biri ola bilər.

Chosen
68
15
90deqiqe.az

10Sources