EN

Azərbaycanda müddətli depozitlər üzrə orta faiz dərəcəsi artıb

Bakı. Trend:

Bu ilin mayın 1-nə Azərbaycanda manatla yeni cəlb edilmişmüddətli əmanət və depozitlər üzrə orta faiz dərəcəsi 7,12 faiz,xarici valyuta ilə isə 4,32 faiz təşkil edib.

TrendAzərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, ötən ilinmüvafiq dövrü iə müqayisədə manatla müddətli əmanət və depozitlərinorta faiz dərəcəsi 0,83 faiz bəndi azalıb, xarici valyuta ilə isə1,86 faiz bəndi artıb.

Belə ki, 2024-cü ilin mayın 1 -nə manatla yeni cəlb edilmişmüddətli əmanət və depozitlərin orta faiz dərəcəsi 7,95 faiz,xarici valyuta isə 2,46 faiz təşkil edirdi.

Bundan əlavə, kommersiya bankları tərəfindən cari ilin mayayının 1-nə yeni verilən kreditlər üzrə orta faiz dərəcələri manatvə xarici valyuta ekvivalentində müvafiq olaraq 18,87 faiz və 6,08faiz təşkil edib. Xatırladaq ki, 2024-cü ilin mayın 1-nə bugöstərici manatla 15,24 faiz, xarici valyuta ilə isə 5,78 faizolub.

Hesablamalardan aydın olur ki, yeni verilən kreditlər üzrə ortafaiz dərəcələri illik müqayisədə manatla 3,63 faiz bəndi, xaricivalyuta ilə isə 0,3 faiz bəndi artıb.

Chosen
80
2
az.trend.az

10Sources