"Yuventus" Randal Kolo Muanini daha 1 il icarəyə götürmək üçün PSJ ilə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, icarə müddətinin sonunda "qoca sinyora" fransalı hücumçunu 50 milyon avroya birdəfəlik transfer edə biləcək.

Bu barədə "Corriero dello Sport" məlumat yayıb.

Kolo Muani bu ilin yanvarından "Yuventus"da çıxış edirdi. O, A Seriyasında 16 oyunda 8 qol vurmağı bacarıb.