Bakı. Trend:
“Turan Tovuz” futbol klubu müqaviləsi başa çatan futbolçularıilə yollarını ayırıb.
Trend xəbərverir ki, bu barədə klubun sosial şəbəkə hesabındakı paylaşımındabildirilib.
Vurğulanıb ki, yeni mövsümün heyət planlamasına start verən“Turan Tovuz” PFK ilə müqavilə müddətləri başa çatan futbolçular -İvan Konovalov, Alexandro Serrano, Kauan Martins de Paula, EltunTurabov, Kristian da Silva, İsmayıl Zülfüqarlı, Araş Qadiri, AntonKraçkovski və Sadiq Quliyevlə yollar ayrılıb.
“Futbolçuların hər birinə klubumuza göstərdiyi xidmətlərə görətəşəkkür edir, gələcək karyeralarında uğurlar arzulayırıq”, - deyəpaylaşımda qeyd edilib.