Azərbaycan iqtisadiyyatına son 20 ildə 338 milyard dollardan çox investisiya yatırılıb.
Bunu Azərbaycan Baş naziri Əli Əsədov bildirib.
O vurğulayıb ki, yaradılmış əlverişli investisiya mühiti xarici investorlar üçün də geniş perspektivlər açır: “Nəticə olaraq, son 20 ildə iqtisadiyyatımıza 338 milyard dollardan çox investisiya yatırılıb".
Ə.Əsədov əlavə edib ki, bunların böyük hissəsi xarici investisiyaların payına düşüb.
Onun sözlərinə görə, Azərbaycanın iqtisadiyyatı inkişaf edir, əlverişli investisiya mühiti yaradılıb: "Ötən il Azərbaycanın iqtisadiyyatı 4,1 % artıb, qeyri-neft-qaz sektoru isə 6,2 % böyüyüb".