AZ

Dünyada baş verənlər Azərbaycanın regional bağlantıda rolunu bir daha ortaya qoydu - Səfir (FOTO)

Bakı. Trend:

“İrəliləyişi gücləndirmək, sinerjini inkişaf etdirmək” adlıtədbirdə Mərkəzi Asiya, Cənubi Qafqaz və Türkiyənin artan regionaləlaqələri, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafıfonunda ortaya çıxan iqtisadi, ticari və strateji imkanlar müzakirəolunub.

Azərbaycanın Böyük Britaniyadakı Səfirliyindən Trend-ə verilən məlumatagörə, Böyük Britaniyanın Azərbaycan və Mərkəzi Asiya üzrə ticarətelçisi, Lordlar Palatasının üzvü lord Con Alderdays BirləşmişKrallığın regionla əməkdaşlığa artan diqqətindən və bu regionavahid prizmadan yanaşmağın əhəmiyyətindən danışıb. O, regionlaəməkdaşlığın yalnız ticarətlə məhdudlaşmadığını, uzunmüddətlitərəfdaşlığa əsaslandığını bildirib. Lord Con Alderdays vurğulayıbki, Britaniya şirkətləri Azərbaycanda mühüm infrastrukturlayihələrində iştirak edir, o cümlədən Böyük Britaniyanın ixrackredit agentliyi UKEF (UK Export Finance) aviasiya sahəsində ilkmaliyyə əməliyyatını Azərbaycanın “Silk Way” şirkəti ilə həyatakeçirib. Həmçinin Böyük Britaniya şirkətləri Azərbaycanda təmizenerji dəhlizlərinin inkişafı üzərində çalışırlar. Təhsil sahəsinədə toxunan lord Alderdays Britaniya universitetlərinin Azərbaycandavə regionda ikili diplom proqramları və mütəxəssis hazırlığıistiqamətində uğurlu əməkdaşlıq həyata keçirdiyini qeyd edib. Onunsözlərinə görə, Böyük Britaniya bu sahədə yalnız maliyyə deyil, həmdə texniki və institusional dəstək göstərməyə hazırdır, buəməkdaşlıq həm infrastrukturun, həm də insan kapitalının inkişafınayönəlib.

Azərbaycanın Böyük Britaniyadakı səfiri ElinSüleymanov çıxışında Azərbaycanın regional bağlantı imkanlarının vəbu istiqamətdə atdığı addımların bölgənin gələcək inkişafistiqamətlərinə dair daha yetkin baxış formalaşdırdığını bildirib.Diplomat qeyd edib ki, regionda, dünyada baş verən son böhranlar vəmüharibələr Orta Dəhlizin, xüsusən də Azərbaycanın regionalbağlantıda rolunu bir daha ortaya qoydu. “Təkcə İsrail və İranarasında yaranmış son qarşıdurmada bəzi dövlətlərin hava məkanınıbağlaması nəticəsində Azərbaycanın hava məkanının mülki təyyarələrüçün əsas alternativ təşkil etməsi bunun ən bariznümunələrindəndir. 2001-ci ildə NATO da Əfqanıstandakı koalisiyaqüvvələrinə təchizat şəbəkəsi ilə bağlı yaranmış böhran zamanı əsastranzit ölkə kimi məhz Azərbaycanı seçmişdi. Bütün bunlar bir dahagöstərir ki, regional inteqrasiyanı Azərbaycansız təsəvvür etməkqeyri-mümkündür. Böyük Britaniyanın lord Alderdaysı məhz Azərbaycanvə Mərkəzi Asiya üzrə ticarət elçisi təyin etməsi də bu baxışıntəzahürüdür”, - deyə səfir bildirib.

Bu əməkdaşlığın təkcə böhran zamanlarında deyil, hər zamanprioritetləşdirilməli və inkişaf etdirilməli olduğunu vurğulayanElin Süleymanov bölgədə inteqrasiya layihələrinin regionun özündənqaynaqlanmasının əhəmiyyətinə də toxunaraq bu mənada ötən ilölkəmizdə keçirilən COP29 zamanı Azərbaycan, Qazaxıstan vəÖzbəkistan arasında “Xəzər Yaşıl Enerji Dəhlizi” layihəsininyaradılması üzrə saziş imzalanmasını bu xüsusda vacib nümunəadlandırıb. Səfir, həmçinin Özbəkistan Prezidentinin Azərbaycandasəfərdə olduğunu və səfər çərçivəsində Xankəndiyə də gedəcəyininəzərə çatdıraraq bu məqamları regional inteqrasiya və türkdillidövlətlərin əməkdaşlığının daha bir göstəricisi kimi qeyd edib. O,Böyük Britaniyanın regionda artan rolunu, xüsusilə yaşıl keçid,enerji və maliyyə sahələrində həyata keçirilən layihələrə verdiyidəstəyi yüksək qiymətləndirib, COP29-da ən yüksək səviyyədəiştiraka və prosesə dəstəyinə görə Böyük Britaniya tərəfinətəşəkkür edib. Səfir Britaniya şirkətlərinin azad edilmişregionların bərpasında iştirak etdiyini əlavə edib. İqlimdəyişikliyinin hələ də qlobal siyasi gündəmdə qalmağa davametdiyini diqqətə çatdıran səfir Xəzər dənizinin səviyyəsininazalmasının region üçün ciddi narahatlıq doğurduğunu qeyd edib, buproblemin yalnız genişmiqyaslı regional əməkdaşlıqla həll ediləbiləcəyini vurğulayıb.

Tədbirdə çıxış edən Xəzər Siyasət Mərkəzinin direktoru ƏfqanNifti qeyd edib ki, Trans-Xəzər regionunda ticarət, tranzit, enerjivə insan bağlantıları sürətlə inkişaf edir. O bildirib ki, sonaylarda Avropa İttifaqı, Fransa, Almaniya, İtaliya, Çin vəHindistan kimi ölkələrin regiona artan səfərləri bu marağıngöstəricisidir. Ə.Nifti ötən il Trans-Xəzər yükdaşımalarının 62faiz artdığını vurğulayıb və regiondaxili əməkdaşlığın da getdikcəgücləndiyini qeyd edib. Əfqan Nifti, həmçinin Trans-Xəzər rəqəmsalkabel layihəsinin 25 faizinin artıq tamamlandığını və bu layihəninMərkəzi Asiyanın müstəqil rəqəmsal bağlantı imkanlarınıgücləndirəcəyini bildirib. O, rəqəmsal bağlantının da artıqTrans-Xəzər əməkdaşlığın ayrılmaz hissəsinə çevrildiyinivurğulayıb.

Qazaxıstanın Böyük Britaniyadakı səfiri Maqzan İlyasov isəçıxışında Trans-Xəzər marşrutunun yalnız ticarət yolu deyil, həm dəregional rifah üçün strateji bir körpü rolunu oynaya biləcəyinibildirib. Türkiyənin Londondakı səfiri Osman Koray Ertaş çıxışındavurğulayıb ki, İpək Yolunun mirasını daşıyan Orta Dəhliz artıqalternativ deyil, qlobal tədarük zəncirlərində sabitlik vədayanıqlılıq üçün strateji zərurətə çevrilib.

Tədbirin ekspert panellərində Avropa Yenidənqurma və İnkişafBankı (AYİB), “Paşa Holdinq”, PRISM, “Tethys” kimi təşkilat, şirkətvə araşdırma mərkəzlərinin mütəxəssisləri təqdimat edib.

Dünyada
Dünyada
Dünyada
Dünyada
Dünyada
Məqalədə:
Seçilən
17
50
az.trend.az

10Mənbələr