EN

Rusiya yenə Xarkovu vurdu: ölənlər və xeyli yaralı var

BAKI, 11 iyun. TELEQRAF

İyunun 11-nə keçən gecə Rusiya ordusu yenidən Xarkov şəhərinə PUA-larla hücum həyata keçirib.

Teleqraf xəbər verir ki, bu barədə Xarkov meri İqor Terekov məlumat verib.

Onun sözlərinə görə, azı 2 nəfər ölüb, 37 sakin yaralanıb. Xəsarət alanlar arasında 5 uşaq da var.

Bildilir ki, çoxmərtəbəli binalara, fərdi evlərə, uşaq meydançalarına, müəssisələrə və ictimai nəqliyyata birbaşa zərbələr endirilib.

Şəhər meri deyib: “Biz bir-birimizə kömək edirik. Mütləq möhkəm dayanacağıq. Xarkov Ukraynadır. Onu sındırmaq olmaz".

Chosen
194
42
teleqraf.com

10Sources