Naxçıvan, 21 iyul, AZƏRTAC
Naxçıvanda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə Culfa rayonu ərazisində qeydə alınıb. Rayonun Yaycı kənd sakini, 1993-cü il təvəllüdlü Rəhimov Naim Əlirza oğlu idarə etdiyi "BMW" markalı avtomobil ilə həmin kəndin sakinləri - 1981-ci il təvəllüdlü Kələntərova Tərifə Camal qızı və onun qızı, 2017-ci il təvəllüdlü Kələntərova Nur İlham qızını vurub. Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. N.Kələntərovanın vəziyyəti ağır olduğu üçün Bakı şəhərinə təxliyə olunub.
Fakt hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.