AZ

Culfada avtomobil ana və qızını vurub

Culfada avtomobil ana və qızını vurub.

 

Sfera.az APA-nın Naxçıvan bürosuna istinadən xəbər verir ki, hadisə gecə saatlarında baş verib. Rayonun Yaycı kənd sakini, 1993-cü il təvəllüdlü Naim Rəhimovun idarə etdiyi "BMW" markalı avtomobil həmin kənd sakinləri - 1981-ci il təvəllüdlü Tərifə Kələntərova və 2017-ci il təvəllüdlü qızı Nur Kələntərovanı vurub.

 

Hər iki şəxs xəsarət alaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. N. Kələntərova Bakıdakı xəstəxanaya təxliyə olunub.

 

Faktla bağlı araşdırma aparılır.

Seçilən
39
50
sfera.az

10Mənbələr