EN

Belarus-Litva arasında gərginlik: Sərhəddə PUA vuruldu

Belarus-Litva sərhədində gərginlik yenidən diqqət mərkəzinə düşüb.

Teleqraf xəbər verir ki, Belarus Dövlət Sərhəd Komitəsinin yaydığı məlumata görə, iyunun 11-də Litva ilə sərhədə yaxın məsafədə hərəkətdə olan pilotsuz uçuş aparatı (PUA) sərhədçilər tərəfindən aşkar edilərək yerə endirilib.

Hadisə Voronovski rayonunda, Belarus-Litva sərhədindən təxminən bir kilometr məsafədə baş verib.

Komitə qeyd edib ki, Lida sərhəd dəstəsinin hərbçiləri standart silahlardan istifadə edərək PUA-nı eniş etməyə məcbur ediblər.

Sərhədçilər dronun hansı ölkəyə məxsus olduğunu hələlik açıqlamayıblar.
Chosen
26
4
sherg.az

5Sources