EN

"İran Zəngəzur dəhlizinin açılışına mane oldu", Xameneyinin köməkçisi

İran Zəngəzur dəhlizinin açılışına mane olub.

Bu sözləri İranın dini lideri Əli Xamneyinin müşaviri Əli Əkbər Vilayəti dini rəhbərin saytına müsahibəsində deyib.

Onun sözlərinə görə, guya İran dəhlizə mane olmaqla Ermənistanı parçalanmaqdan və İranın Avropa ilə əlaqəsini kəsilməkdən xilas edib.

"Bəzi ölkələr Zəngəzur dəhlizi adı ilə Ermənistan vasitəsilə Naxçıvanı və Azərbaycanı birləşdirməyə cəhd etdikləri zaman İran bu planın qarşısında dayandı və bu təxribatı zərərsizləşdirdi", - Əli Əkbər Vilayəti deyib.

2024-cü ilin iyulunda İranın Ali Dini Lideri Ayətullah Əli Xamnei öz X hesabında yazıb ki, İran Zəngəzur dəhlizinin Ermənistanın ziyanına olduğuna inanır.

Paylaşımını ötürün X
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Cənab Vilayəti onu da deyib ki, Zəngəzur dəhlizi layihəsi üçün hər şey hazır olsa da İran onun reallaşmasına imkan vermədi.

Vilaytiyə görə, İran Zəngəzur dəhlizinin açılmasına, hətta Rusiyanın dəstəyi olmadan mane ola bilib.

Rəsmi bildiirb ki, bu yolla İran NATO-nun bu bölgəyə nüfuzunun qarşısını almağı bacarıb.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Zəngəzur dəhlizi Azərbaycan böyük hissəsini Ermənistan ərazisindən keçməklə Naxçıvanla birləşdirməyi nəzərdə tutur.

Bu dəhliz Türkiyəni London və Pekinə birləşdirən tranzit enerji və nəqliyyat marşrutu kimi görülür.

Eyni zamanda İran və Türkiyə arasında regional rəqabətin mərkəzində dayanır.

Azərbaycan dəhlizin açılmasına istəkli olsa da bu məsələni Ermənistanla sülh danışıqları mətnindən çıxarıb.

İki ölkə bu məsələni sonrakı mərhələyə saxlamağa razılaşıb.

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Chosen
32
bbc.com

1Sources