AZ

İranı "diz çökdürmək İsrail üçün asan olmayacaq"

İsrail İranın nüvə və hərbi obyektlərinə günlərdir hava zərbələri endirir.

İran da İsrailə yüzlərlə dron hücumu və ballistik raketlərlə cavab verir.

Ancaq təhlilçilər deyir ki, İranı diz çökdürmək İsrail üçün asan olmayacaq.

Benjamin Netanyahu uzun müddətdir İranın nüvə infrastrukturunu məhv etmək niyyətini gizlətmir.

Tehran isə bu təhlükəyə qarşı illərlə hazırlıq görüb.

İsrail, ilk olaraq, İranın hava hücumundan müdafiə sistemlərini sıradan çıxartdı.

Bu gün İsrail bildirir ki, Tehrana qədər hava sahəsində manesiz hərəkət edə bilir.

Amma İranın nüvə obyektləri sadə hədəflər deyil.

Onlar torpağın onlarla metr dərinliyində, gücləndirilmiş dəmir-beton qatlarla qorunur.

Bu cür hədəfləri vurmaq üçün xüsusi "sığınacaq dəlici" bombalar lazımdır.

ABŞ bu əməliyyatlarda iştirak etmədiyini deyir. İsrailin isə belə bombaları yoxdur.

Hərbi şərhçilərə görə, daha real ssenari nüvə obiyektlərinin giriş-çıxış yollarının dağıdılmasıdır.

Ancaq İran bu yolları dərhal bərpa etməyə başlayacaq.

RUSI-Kral Birləşmiş Xidmətlər İnstitutundan Justin Bronka görə, İranın nüvə proqramını hərbi yolla tamamilə dayandırmaq mümkün deyil.

"Nə qədər ki, İran rejimi mövcuddur, nüvə proqramının tamamilə məhv ediləcəyi bir ehtimal kimi görünmür. Lakin bu gərginliklər regionu daha böyük qarşıdurmalara sürükləyə bilər", - Justin Bronk deyb.

Videonu Youtube kanalımızda izləyin.

Seçilən
20
bbc.com

1Mənbələr