AZ

Paşinyan kilsə ilə dava edir: "O, xalqındır"

Ermənistanın Baş naziri Nikol Paşinyan Kilsənin rəhbəri İkinci Qaregini dəyişməyə və onun təbirincə, "kilsəni xalqa qaytarmağa" çağırıb.

Kilsə isə Ermənistan dövləti və xalqının birliyini pozmaqda günahlandırıb.

Onların arasında münasibətlər indi dirənib.

"2-ci Qaregin verdiyi subaylıq əhdini pozub və onun övladı var. Bu, faktdır və əgər 2-ci Qaregin bunu inkar etməyə çalışsa, mən bunu lazımi formatda sübut edərəm", - Paşinyan belə yazıb.

Qareginin isə bu ittihama hələ ki, cavabı yoxdur.

"Bu cür hərəkətlər cəmiyyətdə parçalanmaya gətirib çıxarır", - Erməni Apostol Kilsəsinin yaydığı bəyanatda deyilir.

"Dövlət xalqa məxsusdur, kilsə xalqa məxsusdur. Biz dövləti xalqa qaytarmışıq, kilsə də xalqa qaytarılmalıdır", - bu, Paşinyanın son vaxtlar kilsə haqda yazdığı çoxsaylı statuslardan biridir.

Burada Paşinyan özünün hakimiyyətə gəldiyi "məxməri" inqilaba işarə edir.

Beləliklə, Paşinyan İkinci Qareginin vəzifəsindən getməsi üçün canfəşanlıq göstərir.

Garegin isə yerində möhkəmdir.

Ermənistanın ilk Prezidenti Levon Ter-Petrosyan da 2-ci Qareginə tam dəstək verdiyini bildirib.

Ter-Petrosyan Ermənistan hakimiyyətini "1700 yaşı olan Erməni Apostol Kilsəsinə qarşı konstitusiyaya zidd hücumlara görə" pisləyib.

Erməni ruhanilər, o cümlədən, katolikos 2-ci Qaregin Ermənistan müxalifətini dəstəkləyir.

Ruhanilər 2-ci Qarabağ müharibəsində məğlubiyyətə və 2023-cü ildə Qarabağın tamamilə itirilməsinə görə Paşinyanı günahlandırırlar.

Paylaşımını ötürün YouTube
Google YouTube məzmununa icazə varmı?

Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Video açılmırsa, YouTube kanalımızda izləyin.

Seçilən
40
bbc.com

1Mənbələr