EN

Qırıcılarımızın hazır vəziyyətə gətirilməsi ilə bağlı xəbər YALANDIR!

Bəzi erməni və rus teleqram kanallarında Azərbaycanla bağlı növbəti feyk məlumat yayılıb.

Modern.az “qafqazinfo”ya istinadÉ™n xÉ™bÉ™r verir ki, sözügedÉ™n saxta mÉ™lumatda AzÉ™rbaycanın İran raketlÉ™ri vÉ™ kamikadze PUA-larının mümkün hücumunu dÉ™f etmÉ™k üçün öz qırıcı tÉ™yyarÉ™lÉ™rini hazır vÉ™ziyyÉ™tÉ™ gÉ™tirdiyi bildirilib.

İsrail və İran münasibətlərinin gərginləşdiyi bir zamanda heç bir reallığı əks etdirməyən bu saxta məlumatların yayılması onu deməyə əsas verir ki, bütün bunlar mərkəzləşdirilmiş qaydada Azərbaycanın informasiya mühitinə müdaxilə xarakteri daşıyan dezinformasiya kampaniyasının tərkib hissəsidir.

Qeyd edək ki, rəsmi Bakı İsrail-İran qarşıdurması ilə bağlı bəyanat yayaraq hərbi əməliyyatlardan ciddi şəkildə narahat olduğunu bəyan edib.

Chosen
29
9
modern.az

10Sources