EN

Balakən və Qaxda qarğıdalı və taxıl sahələrinə dəymiş zərərə görə sığorta ödənişləri edilib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 13 iyun, AZƏRTAC

Aqrar Sığorta Fondu tərəfindən Balakən və Qax rayonlarında fəaliyyət göstərən fermerlərə sığorta ödənişləri həyata keçirilib. Bununla əlaqədar Balakən rayonunun Hənifə kəndi və Qax rayonunun Qaşqaçay kəndlərində fermerlərlə görüşlər olub.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşlərdə yerli fermerlərə aqrar sığorta mexanizmi, onun işləmə prinsipi, sığorta haqlarının hesbalanması, qarğıdalı və taxıl sahələrində zərər hadisəsi baş verdikdə zərərin hesablanması prosesi və sair barədə məlumat verilib.

Qeyd olunub ki, aqrar sığorta vasitəsilə əkin sahələri, heyvandarlıq və balıqçılıq təsərrüfatlarını sığortalamaq mümkündür. Aqrar Sığorta Fondu, ümumilikdə, 41 bitkini sığorta edir, buraya taxıl, qarğıdalı, günəbaxan, qoz-fındıq, demək olar ki, bütün əsas meyvələr, meyvə bağları, bostan və tərəvəz bitkiləri, qarpız-yemiş və sair bitkilər aiddir. Bitkiçilik sahəsində gözlənilən məhsulla yanaşı, ayrıca olaraq ağacları və kolları, eləcə də tingləri də çoxsaylı hadisələrdən sığorta etmək olar.

Qeyd olunub ki, Şəki-Zaqatala regionuna daxil olan Balakən və Qax rayonları təbiət hadisələrinin tez-tez baş verdiyi, qeyri-sabit hava şəraiti olan ərazilər sayılır. Burada baş verən təbiət hadisələri, xüsusilə dolu və sel-subasma halları əkin sahələrinə böyük zərər vurur.

Təsadüfi deyil ki, Aqrar Sığorta Fondunun bu bölgədə həyata keçirdiyi sığorta ödənişlərinin əksəriyyəti də dolu, fırtına və subasma hadisələri üzrədir.

if (!$ISMOBILE) : ?>

if ($GETCOUNTRY == 'RU'): ?>

else:?>

endif;?>

include(__DIR__.'/320x100.php');?>

Tədbirdə ödəniş alan fermer Musa Şeyixov aqrar sığorta mexanizminin faydalarını qeyd edib. Qarğıdalı sahəsini dolu vurması nəticəsində 10 min manatdan artıq ödəniş alan fermer Aqrar Sığorta Fondunun fəaliyyətini xüsusi vurğulayaraq, bütün fermerləri təsərrüfatlarını sığortalamağa çağırıb.

Fermer Əkrəm Eminov əkin sahəsinin sığortalanması zamanı fermerin ödəməli olduğu sığorta haqqının məbləğinin həmin sahədən gözlənilən məhsulun dəyəri ilə müqayisədə qat-qat aşağı olduğunu qeyd edərək, sığortanın sərfəli olduğunu bildirib.

Tədbirin sonunda fermerlərə sığorta ödənişləri təqdim olunub. Balakən rayonundan fermer Əkrəm Eminova qarğıdalı sahəsində dolu nəticəsində dəyən zərər üzrə 6340 manat, fermer Musa Şeyixova qarğıdalı sahəsində fırtına səbəbindən dəmiş zərərə görə 10352 manat, Qax rayonundan olan fermerlər Novruz Mənəfov və Ruslan Nəcəfova isə müvafiq olaraq 7589 manat və 13181 manat sığorta ödənişi edilib.

Qeyd edək ki, aqrar sığorta üzrə fermerlərə 50 faizlik dövlət dəstəyi mövcuddur, sığorta haqqının yarısını fermerin əvəzinə dövlət ödəyir. Nəticədə fermerlər cüzi ödənişlə təsərrüfatlarını sığorta edə bilərlər.

Şəki-Zaqatala bölgəsində 1000 manatlıq məhsul gözlənilən buğda sahəsinin sığortalanması 19 manata, 300 manatlıq xırdabuynuzlu heyvanın (qoyun və ya keçi) sığortalanması isə illik 7 manata başa gəlir.

Fermerlər öz təsərrüfatlarını “AsanPay” ödəniş sistemi vasitəsilə, evdən və iş yerindən ayrılmadan sığorta edə bilərlər.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
14
2
azertag.az

3Sources