Bakı. Trend:
Azərbaycanda dövlət güzəşti ilə təqdim edilən aqrar sığortadanfaydalanan fermerlərin sayı artmaqdadır.
2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu kənd təsərrüfatıheyvanlarını sığortalamış fermer və təsərrüfatlara baş vermişzərərlər üzrə 190 min manat sığorta ödənişi həyata keçirib.
Trendxəbər verir ki, bu barədə Aqrar Sığorta Fondu məlumat yayıb.
Bildirilib ki, Aqrar sığorta mexanizmi kənd təsərrüfatıheyvanlarını çoxsaylı risklərdən, o cümlədən yoluxucu xəstəlik,yem, ot və kimyəvi maddələrdən zəhərlənmə, ilan-həşərat sancması,yanğın, vəhşi heyvanların hücumu, təbii fəlakətlər, eləcə də üçüncüşəxslərin hərəkətindən sığortalayır.
2025-ci ilin ilk 6 ayında Aqrar Sığorta Fondu tərəfindənAzərbaycanın 14 rayonunda sığortalanmış heyvandarlıqtəsərrüfatlarında baş vermiş hadisələr üzrə ödənişlər həyatakeçirilib.
Heyvanların tələf olmasına görə, ən çox sığorta ödənişi edilənrayonlar arasında Göygöl, Samux, Qəbələ, İsmayıllı, Şamaxı və Ucarvar.
Heyvandarlıq sığortası ödənişlərinin böyük hissəsi yoluxucuxəstəliklər və zəhərlənmə halları üzrə həyata keçirilib. Sığortalıtəsərrüfatlarda heyvanların tələf olması üzrə ödənişlər fasiləsizdavam edir.
Aqrar sığorta mexanizmində nəzərdə tutulan 50 faiz dövlət dəstəyihesabına fermerlər kənd təsərrüfatı heyvanlarını olduqca sərfəlişərtlərlə, sığorta haqqının yarısını ödəməklə sığortalayabilərlər.
Nəticədə, 300 manatlıq qoyun və keçinin sığortalanması cəmi 7manat, 1 000 manatlıq iribuynuzlu mal-qaranın sığortalanması isə24,5 manatdan başlayır.
Südlük mal-qara 7 yaşınadək, ətlik mal-qara 3 yaşınadək,xırdabuynuzlu heyvanlar isə 5 yaşınadək sığortalanır.
Aqrar sığorta qaydalarına əsasən, heyvanların sığortalanmasıüçün onlar Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəqeydiyyata alınmalıdır.
Aqrar sığortanın əhatə etdiyi məhsulların sığorta şərtləri vətarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosialşəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqəsaxlamaqla əldə etmək olar.