AZ

Azərbaycanda heyvanların sığortalanması şərtləri açıqlanıb

Bakı. Trend:

Azərbaycanda dövlət dəstəyi ilə təqdim edilən aqrar sığortamexanizmi vasitəsilə bitkiçilik, heyvandarlıq və balıqçılıqtəsərrüfatları sığortalanır.

Aqrar Sığorta Fondundan Trend-ə verilən məlumata görə, iri və xırda buynuzluheyvanların sığortası südlük və ətlik mal-qaranı (inək vəcamışları), eləcə də, keçi və qoyun təsərrüfatlarını əhatəedir.

Fermerlər aqrar sığorta vasitəsilə heyvanlarını çoxsaylırisklərdən qoruya bilərlər.

Buraya yoluxucu xəstəliklər, ilan və həşarat sancması, otdan vəyemdən zəhərlənmə, kimyəvi maddələrin təsirindən zəhərlənmə,yanğın, vəhşi heyvanların hücumu, eləcə də, təbii fəlakətlər -zəlzələ, torpaq sürüşməsi, qasırğa, fırtına və dolu, sel və yasubasma, leysan, ildırırm, şaxtavurma və normadan artıq yağan qaryağıntıları aiddir.

Fermer və təsərrüfat sahibləri dövlətin dəstəyi sayəsində cüziödənişlərlə heyvanlarını çoxsaylı risklərdən sığorta edə bilərlər.Azərbaycanda kənd təsərrüfatı heyvanlarının sığortası olduqcasərfəlidir. Baza sığorta tarifləri inək və camışlar üzrə 4,89%xırdabuynuzlu heyvanlar üzrə isə 4,6% təşkil edir.

Tariflər heyvanın qiyməti əsasında hesablanır və bu məbləğin50%-i fermerə dəstək üçün dövlət tərəfindən ödənilir.

Başqa sözlə, 300 manatlıq qoyunun sığortalanması üzrə sığortahaqqı 13,8 manat, 1000 manatlıq inəyin sığortalanması üzrə sığortahaqqı isə 48,9 manat təşkil edir. Bu məbləğin 50%-i dövləttərəfindən qarşılandığı üçün 300 manatlıq qoyunun baza zərfləsığortası fermerə cəmi 6,9 manata, 1000 manatlıq inəyin sığortasıisə 24,5 manata başa gəlir. Heyvanlarının qiymətindən asılı olaraqbu məbləğ artıb-azala bilər.

Fermer və təsərrüfat sahibləri heyvanlarını baza zərfindən əlavəolaraq 3-cü şəxslərin hərəkətlərini nəzərdə tutan risklərdən dəsığorta edə bilərlər. Buraya heyvanın avtomobillə vurulması,daşınma zamanı qəza nəticəsində ölümü, elektrik cərəyanı vurması,heyvana qulluq zamanı kimyəvi maddələrdən zəhərlənməsi, eləcə dəoğurluq, soyğunçuluq və sair aiddir.

Heyvanların əlavə riskləri də nəzərə almaqla sığortalanması üzrəsığorta tarifləri iribuynuzlu heyvanlar üzrə 7,8%, qoyun-keçilərüzrə isə 7,37% təşkil edir. Başqa sözlə, əlavə riskləri də nəzərəalmaqla, 300 manatlıq qoyun-keçinin sığortalanması fermerə 11manata, 1000 manatlıq inəyin sığortalanması isə 39 manata başagələcək.

Hesablamalara görə, bu məbləğ heyvanların saxlanması üçünçəkilən xərcdən qat-qat aşağıdır.

Xatırladaq ki, sığorta haqqının ödənişi prosesi də tamamiləasanlaşdırılıb. Fermerlərin aqrar sığortaya əlçatanlığını artırmaqməqsədilə həyata keçirilən tədbirlər nəticəsində hazırda fermerləröz heyvanlarını AsanPay ödəniş sistemi vasitəsilə, evdən və işyerindən ayrılmadan, mobil telefonla sığorta edə bilərlər.

Sığorta müqavilələri 1 illik, 2 illik və 3 illik müddətəbağlanıla bilər, sığorta müddəti artdıqca sığorta tarifləriazalır.

Südlük mal-qara 7 yaşınadək, ətlik mal-qara 3 yaşınadək,xırdabuynuzlu heyvanları isə 5 yaşınadək sığortalanır. Aqrarsığorta qaydalarına əsasən, heyvanların sığortalanması üçün onlarElektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyataalınmalıdır.

Aqrar sığortanın əhatə etdiyi məhsullarının sığorta şərtləri vətarifləri ilə Aqrar Sığorta Fondunun rəsmi internet səhifəsindəətraflı tanış olmaq mümkündür. Əlavə məlumatları ASF-nin sosialşəbəkə hesablarını izləməklə və 1651 qısa nömrəsi ilə əlaqəsaxlamaqla əldə etmək olar.

Məqalədə:
Seçilən
2
17
az.trend.az

10Mənbələr