Bakı.Trend:
İşğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətləri ermənilərtərəfindən talan edilib. Xankəndi şəhəri, Ağdərə və Xocalırayonlarında ermənilər, ekoloji terrora əl ataraq təbii ehtiyatlarıgizli şəkildə məhv ediblər. Bu ərazilərdəki təbiət abidələrinə,qoruqlara, meşələrə, biomüxtəlifliyə ciddi ziyan vurulub, kəndtəsərrüfatı torpaqları yararsız hala salınıb.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikintivə İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumatagörə, bunu çıxışında Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusinümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.
S. Qəhrəmanovun sözlərinə görə, işğal zamanı ərazilərdəki mövcudfaydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinindigər şirin su resursları, meşə fonduna daxil olan torpaqlaristismar olunub, flora və fauna sistemli şəkildə məhv edilib. Eynizamanda yerə basdırılan yüz minlərlə mina həmin ərazilərdə insanlarüçün böyük ekoloji fəlakətə çevrilib. Hazırda ərazilərdə mina vəpartlamamış döyüş sursatlarından təmizləmə işləri sürətlə həyatakeçirilir.