AZ

Xankəndi, Ağdərə və Xocalının təbiəti bərpa olunur

Bakı.Trend:

İşğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətləri ermənilərtərəfindən talan edilib. Xankəndi şəhəri, Ağdərə və Xocalırayonlarında ermənilər, ekoloji terrora əl ataraq təbii ehtiyatlarıgizli şəkildə məhv ediblər. Bu ərazilərdəki təbiət abidələrinə,qoruqlara, meşələrə, biomüxtəlifliyə ciddi ziyan vurulub, kəndtəsərrüfatı torpaqları yararsız hala salınıb.

Trend-inməlumatına görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalırayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusinümayəndəsinin müavini Səbuhi Qəhrəmanov Xankəndidə keçirilənİdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun növbətiiclasında deyib.

S.Qəhrəmanovun sözlərinə görə, işğal zamanı ərazilərdəki mövcudfaydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinindigər şirin su resursları, meşə fonduna daxil olan torpaqlaristismar olunub, flora və fauna sistemli şəkildə məhv edilib.

Eyni zamanda yerə basdırılan yüz minlərlə mina həmin ərazilərdəinsanlar üçün böyük ekoloji fəlakətə çevrilib. Hazırda ərazilərdəmina və partlamamış döyüş sursatlarından təmizləmə işləri sürətləhəyata keçirilir.

Məqalədə:
Seçilən
50
4
az.trend.az

6Mənbələr