AZ

Qarabağın təbiəti bərpa olunur

“İşğal olunmuş ərazilərdə Azərbaycanın təbii sərvətləri ermənilər tərəfindən talan edilib”.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsindən "Cebheinfo.az"-a verilən məlumata görə, bunu Xankəndidə İdarələrarası Mərkəzin Ekoloji məsələlər üzrə İşçi Qrupunun bugünkü iclasında çıxış edən Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov deyib.

O bildirib ki, Xankəndi şəhəri, Ağdərə və Xocalı rayonlarında ermənilər, ekoloji terrora əl ataraq təbii ehtiyatları gizli şəkildə məhv ediblər:

“Bu ərazilərdəki təbiət abidələrinə, qoruqlara, meşələrə, biomüxtəlifliyə ciddi ziyan vurulub, kənd təsərrüfatı torpaqları yararsız hala salınıb”.

Onun sözlərinə görə, işğal zamanı ərazilərdəki mövcud faydalı qazıntılar, əlvan və qara metallar, mineral sular, həmçinin digər şirin su resursları, meşə fonduna daxil olan torpaqlar istismar olunub, flora və fauna sistemli şəkildə məhv edilib:

“Eyni zamanda, yerə basdırılan yüz minlərlə mina həmin ərazilərdə insanlar üçün böyük ekoloji fəlakətə çevrilib. Hazırda ərazilərdə mina və partlamamış döyüş sursatlarından təmizləmə işləri sürətlə həyata keçirilir”.

“Cebheinfo.az”

Seçilən
31
4
cebheinfo.az

6Mənbələr