EN

Pakistanda İsrailin İrana hücumlarına qarşı kütləvi etirazlar başladı

Pakistanda İsrailin İrana qarşı həyata keçirdiyi hərbi hücumlara etiraz olaraq ölkənin müxtəlif şəhərlərində kütləvi nümayişlər keçirilir.

Musavat.com xəbər verir ki, bu barədə məlumatı İranın Tasnim xəbər agentliyi yayıb.

Etirazçılar İsrailin son hərəkətlərini aqressiya və beynəlxalq hüququn pozulması kimi qiymətləndirərək, Tel-Əvivin bölgədə sabitliyi pozduğunu bəyan edirlər. Aksiya iştirakçıları həmçinin Pakistan hökumətini İsrailə qarşı daha sərt mövqe tutmağa çağırır və İrana dəstək şüarları səsləndirirlər.

Etirazlar İslamabad, Lahor, Kəraçi və digər iri şəhərlərdə təşkil olunub. Aksiyaçılar əllərində “İsrailə ölüm”, “İranla həmrəyik” kimi plakatlar daşıyır və bəzi yerlərdə ABŞ əleyhinə şüarlar da səslənib.

Musavat.com

Chosen
53
27
musavat.com

10Sources