İsrailin İranın nüvə obyektlərinə endirdiyi raket hücumlarından sonra bölgədə ekoloji təhlükə ilə bağlı narahatlıqlar artıb. Hücumdan sonra əraziyə yaxın çaylarda balıqların kütləvi şəkildə ölməsi sosial şəbəkələrdə ciddi müzakirələrə səbəb olub.
KONKRET.az xəbər verir ki, məlumat ilk olaraq Teleqram kanallarında yayılıb. Sosial şəbəkə istifadəçiləri balıqların ölümünü mümkün radiasiya sızması ilə əlaqələndirərək ekoloji fəlakət ehtimalından narahatlıqlarını bildiriblər.
Qeyd edək ki, 13 iyunda səhər tezdən İsrail İran ərazisinə zərbələr endirib. Hücumlar zamanı bir sıra strateji obyektlər, o cümlədən bəzi nüvə mərkəzləri hədəfə alınıb.
İran hakimiyyəti məsələyə münasibət bildirib. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyə göndərilən məlumatda qeyd olunub ki, Buşehr Atom Elektrik Stansiyası hücuma məruz qalmayıb və Natanz nüvə obyektində radiasiya səviyyəsində heç bir artım müşahidə olunmayıb.
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) də məsələni diqqətlə izlədiyini açıqlayıb.