EN

“İsrail -İran müharibəsi region üçün təhdiddir” -ŞƏRH

“Regionun sabitliyinin pozulması ciddi iqtisadi və siyasi fəsadlara yol acacaq. İsrail-İran müharibəsi Yaxın Şərq regionu üçün çox ciddi və dağıdıcı nəticələr doğurur. Bu münaqişənin regiona vurduğu ən böyük ziyan isə iqtisadiyyatın məhv edilməsidir.” – bu fikirləri politoloq Arzuman Muradlı bildirib.

image-media-1677060887_arzuman-teze-1-2-z4v90wibp7m5ftq2luoa
Arzuman Muradlı qeyd edib ki, İsrail və İran arasında birbaşa münaqişə, regiondakı digər  proxy qüvvələrin aktivləşməsinə və müharibəyə cəlb olunmasına səbəb ola bilər.

“İndi İsrail – İran arasında müharibənin ilk fazasıdır. Müharibənin genişlənməsi Livandakı Hizbullah, Yəməndəki husilər, Suriya və İraqdakı müxtəlif silahlı qruplaşmaların real olaraq bu savaşa qoşulmasına səbəb ola bilər. Müharibənin genişlənməsi bölgədə yeni cəbhələrin açılmasına, hərbi əməliyyatların intensivləşməsinə və daha çox can itkisinə səbəb olacaq. Münaqişənin genişlənməsi və ya əsas neft yollarının  Hörmüz boğazının bağlanmasına səbəb oldu. Bu da sözsüz ki,  qlobal neft qiymətlərində kəskin artıma səbəb ola bilər. Bu, dünya iqtisadiyyatına ciddi ziyan vuracaq. Biz faktiki olaraq müharibə zonasındayıq. Azərbaycan həm İsrail, həm də İranla yaxşı münasibətlərə malik bir ölkə olduğundan, bu münaqişə Azərbaycan üçün də ciddi risklər doğurur. Sözsüz bu savaş heç bir tərəfin xeyrinə deyil. İsrail-İran müharibəsi Yaxın Şərqi daha dərin bir böhrana sürüklədi, regional və qlobal təhlükəsizlik üçün ciddi təhdidlər yaranıb, dinc əhali humanitar fəlakət və iqtisadi çətinliklərlə üz-üzədir” – deyə Arzuman Muradlı bildirib.

Chosen
14
moderator.az

1Sources