AZ

“Rusiyada yaşayan diaspora nümayəndələri, iş adamlarımız həmrəylik nümayiş etdirməlidir” – Arzuman Muradlı

Rusiyada Azərbaycanlılara qarşı hücümların sayı durmadan artır. Ancaq bu hücumların artmasına baxmayaraq  nə Rusiyada olan diasporamızdan, nə də böyük Rusiyada yaşayan iş adamlarımızdan səs çıxmır. Bir zamanlar Ulu öndər Heydər Əliyevin məşhur bir sözü var idi:”Mövqe bildirin.”

Ancaq nədənsə keçən bu günlər ərzində Rusiyada yaşayan tanınmış hüquqşunas İlham Rəhimovdan başqa heç kim mövqe bildirmədi. Buna səbəb nədir?

Müsahibimiz politoloq Arzuman Muradlı saytımıza açıqlamasında bildirib ki, bu çətin günlərdə xalqımız həmrəy olmalı, biri-birimizi qorumalıyıq.

“Bu hadisələr bir daha onu göstərdi ki, diasporalarımız daha aktiv olmalıdırlar. Savadlı gənclərimiz məhz xaricdəki diasporalarımızda çalışmalıdırlar. Həmçinin  Yekaterinburq hadisələri də göstərdi ki, Azərbaycan Rus icmasında çevik rəhbərliyə ehtiyac var. Hadisə günü jurnalistlərin suallarına “bilmirəm”, “xəbərim yoxdur” kimi cavablar verilirsə, sonrakı günlərdəki açıqlamaların əhəmiyyəti qalmır. Mixail Zabelin illərdir icmanın rəhbəri və millət vəkilidir, hər iki postunu qoruyur.”– deyə Arzuman Muradlı bildirib.

Politoloq hesab edir ki, bu icma məhz öz mövqeyini ortaya qoymalı olsa da, nədənsə susqunluq nümüyiş etdirirlər.

“Həm diasporamız, həm də rus icması aktiv olaraq bu məsələlərə öz münasibətini bildirməlidir. Amma görünən odur ki, onlar cavab verməkdə, mövqe bildirməkdə tələsmirlər. Bu isə yolverilməzdir.” – deyə Arzuman Muradlı bildirib.

Seçilən
6
18
moderator.az

10Mənbələr