EN

Bakıda vətəndaşın evini qanunsuz sökdürməkdə təqsirləndirilən şəxsin cəzası azaldılıb

Bakıda vətəndaşının evini qanunsuz sökməkdə təqsirləndirilən “Pilot-16” MMC-də iş icraçısı olmuş Əlisahib Əzizovun kassasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

“Report”un məlumatına görə, Ali Məhkəmədə hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən prosesdə qərar qəbul olunub.

Qərara əsasən, kassasiya şikayəti qismən təmin olunub və Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib.

Belə ki, Əlisahib Əzizova 2 il sınaq müddəti olmaqla şərti cəza verilib.

Qeyd edək ki, Nəsmi Rayon Məhkəməsinin hökmü ilə Əlisahib Əzizova 4 il müddətə şərti cəza verilib.

Daha sonra dövlət ittihamçısı hökmdən apellyasiya protesti verib. Bakı Apellyasiya Məhkəməsi Əlisahib Əzizovun cəzasını ağırlaşdıraraq onun 4 il müddətə azadlıqdan məhrum edilməsi barədə qərar qəbul edib.

İttihama görə, təqsirləndirilən şəxs “Pilot-16” MMC-də iş icraçısı vəzifəsində işləyərkən heç bir rəsmi sənəd olmadan vətəndaş Məhbubə Quliyevaya məxsus evi və həyətdəki tikilini sökdürüb.

O, cinayət Məcəlləsinin 186.2.1-ci (özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma), 186.2.2-ci (Özgənin əmlakını qəsdən məhv etmə, zərərçəkmişə külli miqdarda zərər vurma, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub.

Chosen
9
12
report.az

10Sources