EN

İsrail İrana qarşı unikal əməliyyata hazırlaşır - Leyter

İsrail İrana qarşı 2024-cü ildə Hizbullah üzvlərinin peycerlərinin kütləvi şəkildə partladılmasını demək olar ki, kölgədə qoyacaq yeni əməliyyat hazırlayıb.

Axar.az xəbər verir ki, bunu İsrailin ABŞ-dakı səfiri Yexiel Leyter deyib.

“Bəzi sürprizlər hazırlamışıq. Toz çökəndə, cümə axşamı və cümə günləri peycer əməliyyatını demək olar ki, sadə göstərəcək bir neçə sürpriz görəcəksiniz”, - o bildirib.

Qeyd edək ki, 2024-cü ilin sentyabrın 17 və 18-də Livanda peycerlərin, mobil telefon, noutbukların partladılması nəticəsində ümumilikdə 32 nəfər ölmüş, 4,5 mindən çox insan yaralanmışdı.

Chosen
9
3
axar.az

4Sources