2024/2025-ci illər mövsümündə Birinci Liqanın qalibi olaraq Premyer Liqaya qayıtmış “Qəbələ”nin yay hazırlıq planı bəlli olub.
Arena.az xəbər verir ki, bu barədə əyalət klubunun rəsmi saytı məlumat yayıb.
Komanda iyunun 30-da Qəbələdə hazırlığa başlayacaq. Toplanışın ilk mərhələsi 14 gün davam edəcək.
Bu müddət ərzində 2 yoxlama oyunu planlaşdırılıb. Hazırlıq matçları iyunun 6-sı və 14-ü baş tutacaq. İkinci yoxlama oyunu “Şamaxı”ya qarşı keçiriləcək.
Təlim məşq toplanışının ikinci mərhələsinə iyunun 14-də start veriləcək. Avqustun 8-dək doğma meydanda təşkil olunacaq hazırlıq dövründə daha 5 oyun keçirilməsi planlaşdırılır. Rəqiblər və matçların vaxtı barədə məlumat veriləcək.