EN

Qazaxda evə oğurluğa gələn şəxs iki nəfərə xəsarət yetirib - YENİLƏNİB

Qazaxda evdə baş verən quldurluq hadisəsinin təfərruatları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, quldurluq edən şəxs zərərçəkən ailənin tanıdığı şəxs olub. Həmin şəxs zərərçəkən Emin Allahverdiyevin atası ilə 10 il birlikdə işləyib. Hadisə baş verən gecə quldurluğa gələn şəxs evə daxil olan zaman zərərçəkmişin həyat yoldaşı onu görüb. Bu zaman masqalı şəxs zərəçəkinin qadının başından küt ailətlə vurub, o, huşunu itirərək yıxılıb. Səsə gələn Emin Allahverdiyevə də kəsici ailətlə xəsarət yetirilib. Qonşular səsi eşidərək gəlib, quldurluğa gələn şəxsi tutub polisə təhvil veriblər.

Məlumata görə, rayonun Qazaxbəyli kənd sakini 1979-cu il təvəllüdlü Emin Allahverdiyevin evinə gələn oğru onun övladının kiçik toy məclisindən yığılan pulu oğurlamaq istəyib.

Bu məqsədlə ev sahibini bıçaqlayıb, həyat yoldaşı Kəmalə Allahverdiyevaya xəsarət yetirib. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

***

16 iyun, 21.56

İyunun 16-da gecə saatlarında Qazax rayonunun Qazaxbəyli kəndində yerləşən fərdi yaşayış evinə naməlum şəxs daxil olaraq ev sahibindən hədə-qorxu ilə pul tələb edib. O, istəyinə nail ola bilmədikdə ev sahibinə kəsici-deşici alətlə, həyat yoldaşına isə küt alətlə xəsarət yetirərək hadisə yerindən qaçıb.

Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan APA-ya bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 64 yaşlı Ələddin Nazarov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri və digər zəruri araşdırmalar davam etdirilir.

Chosen
14
3
apa.az

7Sources