EN

Bakının bu məktəblərində peşə təmayüllü siniflər fəaliyyət göstərir

2024-2025-ci tədris ilində paytaxtdakı 45 təhsil müəssisəsində “Peşə təmayüllü siniflərin təşkili” layihəsi tətbiq olunub.

Musavat.com xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 10, 19, 24, 44, 64, 87, 88, 97, 116, 117, 119, 120, 123, 138, 142, 143, 146, 166, 171, 172, 179, 181, 185, 194, 201, 208, 209, 213, 228, 234, 242, 259, 262, 265, 266, 274, 293, 297, 301, 302, 306, 318, 321, 327, 329 nömrəli təhsil müəssisələrində peşə təmayüllü siniflərin yaradılmasının əsas məqsədi ümumi təhsil bazasında təhsilalanların müxtəlif peşələr üzrə ilkin bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsindən, peşə ixtisasları barədə məlumatlandırılmaqla əmək bazarına, eləcə də peşə təhsilinə hazırlanmasından ibarətdir.

O da qeyd edilir ki, 2024-2025-ci tədris ilində paytaxtın 270 təhsil müəssisəsində “Rəqəmsal bacarıqlar” layihəsi tətbiq olunub. Layihə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəblərdə 9 323 sinif üzrə 256 996 şagirdi əhatə edib.

Layihə çərçivəsində 6 030 müəllim müvafiq təlimlərdən keçib. Həmçinin şagirdlər arasında “Kod Saatı: Rəqəmsal gələcəyə addım” müsabiqəsi təşkil olunub.

Musavat.com

Chosen
10
1
musavat.com

2Sources