AZ

Peşə məktəblərinə qəbul olan ali təhsillilər də var – STATİSTİKA

Bu il peşə təhsili müəssisələrinə ümumilikdə 24 821 nəfər qəbul olunub. Onlardan 15 890 nəfəri kişi, 8 931 nəfəri (36%) qadındır. 21 179 nəfər (85%) dövlət sifarişli, 3 642 nəfər isə ödənişli əsaslarla peşə təhsili müəssisələrinə qəbul olunub.

Bizim.Media xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyinin illik hesabatında məlumat verilib.

Bildirilib ki, müraciət edənlərin orta yaşı 22, ən aşağı yaş 14, ən yüksək yaş isə 69 olub.
 

Həmçinin 74 nəfər ali təhsilli, 244 nəfər orta ixtisas təhsilli şəxs, 66 nəfər xarici vətəndaş peşə təhsili müəssisələrinə qəbul olunub. Ötən illə müqayisədə qəbul olunan şəxslərin sayı 21 faiz artıb.


Qəbul planında son 4 ildə dövlət sifarişli yerlərin sayı 64 faiz artıb. 2024-2025-ci tədris ili üzrə tələbə qəbulu 84 peşə təhsili müəssisəsində 136 ixtisas üzrə aparılıb. İlk dəfə olaraq bu il Naxçıvan Muxtar Respublikasında tələbə qəbulu elektron şəkildə həyata keçirilib və 453 nəfər qəbul olub.

Günay Şahmar, Bizim.Media

Seçilən
4
42
bizim.media

10Mənbələr