EN

Bu il kənd təsərrüfatının ümumi məhsulu 1,5% artıb

BAKI, 17 iyun. TELEQRAF

2024-cü ilin yanvar-may ayları ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1 faiz, bitkiçilik məhsulları istehsalı 3,1 faiz artıb.

Teleqraf bu barədə Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

Bildirilib ki, iyun ayının 1-nə kimi tarlalardan 437 min ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 1,8 faiz çox tərəvəz, 168,7 min ton (5,3 faiz çox) kartof, 99 min ton (11,3 faiz çox) taxıl, 34,8 min ton (3,3 faiz çox) meyvə və giləmeyvə, 498,7 ton (10 faiz çox) yaşıl çay yarpağı yığılıb. 2025-ci ilin yanvar-may aylarında diri çəkidə 233,6 min ton ət, 916,5 min ton süd, 1011,2 milyon ədəd yumurta, 11,2 min ton yun, 1,3 ton barama istehsal olunub. 2024-cü ilin yanvar-may ayları ilə müqayisədə yumurta istehsalı 2,8 faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,2 faiz artıb, yun istehsalı 1,4 faiz, barama istehsalı 58,1 faiz azalıb.

Chosen
6
3
teleqraf.com

6Sources