AZ

Azərbaycanda ət, süd və yumurta istehsalı artıb

2025-ci ilin yanvar-may ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 3706,1 milyon manat təşkil edib ki, onun da 2838,9 milyon manatı heyvandarlıq, 867,2 milyon manatı bitkiçilik məhsullarının payına düşür.

APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının ümumi məhsulu 1,5 faiz, o cümlədən heyvandarlıq məhsulları istehsalı 1 faiz, bitkiçilik məhsulları istehsalı 3,1 faiz artıb.

Qeyd edilib ki, 2025-ci ilin yanvar-may aylarında quş əti də daxil olmaqla diri çəkidə 233,6 min ton ət, 916,5 min ton süd, 1011,2 milyon ədəd yumurta, 11,2 min ton yun, 1,3 ton barama istehsal edilib, 2024-cü ilin müvafiq dövrünə nisbətən yumurta istehsalı 2,8 faiz, ət istehsalı 1,2 faiz, süd istehsalı 0,2 faiz artıb, yun istehsalı 1,4 faiz, barama istehsalı 58,1 faiz azalıb.

Seçilən
3
4
apa.az

6Mənbələr