EN

Azərbaycan komandası İsveçrədə qrup qalibi oldu

Azərbaycanın Xüsusi Olimpiya Komitəsinin oğlanlardan ibarət 3×3 basketbol üzrə komandası İsveçrənin Mies şəhərində keçirilmiş FIBA Open beynəlxalq turnirində uğurla çıxış edib.

Futbolpress.az xəbər verir ki, turnirdə ümumilikdə 14 Xüsusi Olimpiya komandası təmsil olunub.

Yarışların ilk günü yoxlama oyunları keçirilib və bu matçların nəticələrinə əsasən komanda A qrupunda yer alıb. Yığma Fransanı (8:2), Niderlandı (5:3) və Finlandiyanı (5:4) məğlub edərək qrupun qalibi olub.

Chosen
9
6
futbolpress.az

8Sources