EN

Azərbaycanın İsraildən xahişi – Bu da nəticə...

Xəbər verdiyimiz kimi, 17 iyunda 14:00-dan sonra Azərbaycanın müxtəlif kanallarla İsrail rəhbərliyinə İranda azərbaycanlıların yaşadığı yaşayış məntəqələrini hədəf götürməmək, mülki infrastruktura və dinc əhaliyə zərər yetirməməklə bağlı mesaj göndərdiyi haqda məlumat yayıldı.

Axar.az bu məlumatın yayılmasından sonrakı mənzərəni təqdim edir:

- Tehranda İran rəsmi şəxsinin iqamətgahı vuruldu;

- İranın Mərkəz vilayətinə zərbə endirildi, SEPAH zabitləri öldürüldü;

- İsrail Katz elan etdi ki, Tehrandakı strateji obyektlərə zərbələr endiriləcək;

- İsrail ordusu İsfahandakı Vilaşəhr neft emalı zavoduna zərbələr endirdi;

- “Mehr” İranın mərkəzində yerləşən İsfahanda HHM-in aktivləşdiyi və İsrail PUA-larını vurduğu xəbərini yaydı (Yenə İsfahan);

- Reydə neft emalı zavodu vuruldu;

- Tehrandakı inzibati binalara və hərbi obyektlərə zərbələrin görüntüləri yayıldı

- İsrail bugünkü əməliyyat görüntülərini yaydı. Görüntülərdə İranın Mərkəz vilayətindəki hərbi obyektlərin hədəf alındığı elan olunur;

- İranın cənub-qərbinə hücum edildi, “Mehr” yazır ki, hava hücumundan müdafiə sistemləri İsrailin hərbi təyyarəsini vurub;

- TASS ən son xəbəri paylaşıb: gecə yarısına yaxın Tehranda HHM sistemləri işləyir, artıq 2 saatdır ki, Tehranda partlayışlar baş verir...

İsrailin zərbələrinin hədəfi kimi İranın şimal-qərbi – azərbaycanlıların sıx məskunlaşdığı ərazilər yoxdur.

Chosen
19
1
axar.az

2Sources