EN

Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb etdi

ABŞ Prezidenti Donald Tramp İrandan qeyd-şərtsiz təslim olmağı tələb edib.

 

Senzor.az bildirir ki, Ağ Ev rəhbəri bu barədə “Truth Social” sosial şəbəkəsində yazıb.

 

Tramp İran problemini həll etmək üçün ABŞ ordusundan istifadə etmək istəmədiyini, lakin Vaşinqtonun səbrinin tükəndiyini vurğulayıb.

 

Bundan əlavə, o bildirib ki, İranın ali lideri Əli Xameneinin yerini bilir, buna baxmayaraq Vaşinqton hələlik onu aradan götürməyi planlaşdırmır.

 

“Biz İranın ali rəhbərinin harada gizləndiyini bilirik. O, çox asan hədəfdir, lakin orada təhlükəsizlikdədir. Biz onu hələlik öldürməyəcəyik. Mülki şəxslərə və ya ABŞ hərbçilərinə raket atılmasını istəmirik. Bizim səbrimiz tükənir”, - Tramp qeyd edib.

Chosen
38
42
senzor.az

10Sources