EN

13 yaşlı Zeynəb Ağdamda həkim olmaq istəyir

Hər zaman nənəmlə babamın danışdığı o doğma yurdu görmək istəyirdim. Onlar Ağdamı elə təsvir edirdilər ki, sanki bir nağıl aləmidir. Mən isə orada olmamışdım. Görmədiyim üçün çox üzülürdüm. İndi isə arzuma çatmışam.

Publika.az xəbər verir ki, bu fikirləri bu gün Ağdam rayonunun Kəngərli kəndinə köç edən 13 yaşlı sakin Zeynəb Abbasova deyib.

Zeynəb qeyd edib ki, Kəngərlidə yaşamağa və burada təhsil almağa hazırlaşır: “İlk gündən bəri həyəcanlıyam. Burada oxuyacağam, dostlarım olacaq, müəllimlərim olacaq. Gələcəkdə Ağdamda həkim olmaq istəyirəm”.

Chosen
8
3
publika.az

4Sources