Bakı. Trend:
Ölkəmiz uzun illər işğalçılıq və etnik təmizləmə siyasətinəməruz qalmaqla yanaşı, bu siyasətin yaratmış olduğu humanitarfəsadlardan hələ də əziyyət çəkir.
Trend xəbərverir ki, bu sözləri Azərbaycan Respublikasının İnsan Hüquqlarıüzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva bu gün keçirilən “Qanununaliliyinin gücləndirilməsi: ombudsmanların və milli insan hüquqlarıinstitutlarının rolu” mövzusunda Ombudsmanların BeynəlxalqSimpoziumunda çıxış edərkən deyib.
O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə mövcud minaproblemi insanların təhlükəsiz yaşamaq hüququna ciddi təhdidləryaradır, keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsizqayıdışına, bu ərazilərdə aparılan bərpa-quruculuq işlərinə əngəltörədir, regionda ekoloji tarazlığın pozulmasına səbəb olur.
"Bu baxımdan, münaqişə və postmünaqişə dövründə insan hüquq vəazadlıqlarının müdafiəsi, münaqişədən zərər çəkmiş şəxslərinhüquqlarının təmin olunması vəziyyəti, habelə təbii resurslarıntalan edilməsi və mina problemi barədə tərəfimizdən beynəlxalqictimaiyyətin məlumatlandırılması üzrə həyata keçirdiyimizfəaliyyətixüsusi vurğulamaq istərdim.
BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin “Sülh, ədalət vəsəmərəli institutlar” adlı 16-cı məqsədində qanunun aliliyinintəmin edilməsi, ayrı-seçkiliyə yol verməyən qanunların vəsiyasətlərin təşviqi əsas hədəflər sırasında yer alır".
Səbinə Əliyeva vurğulayıb ki, qeyd olunan kontekstdə də,ombudsman və milli insan hüquqları təsisatlarının fəaliyyətiolduqca əhəmiyyətlidir.
"Bu təsisatlaryalnız hüquq pozuntularının araşdırılmasındadeyil, həm də qanunun aliliyinin təşviqi, hüquqi maarifləndirmə vəhüquq mədəniyyətinin gücləndirilməsi istiqamətində preventiv vəsistemli fəaliyyətləri ilə mühüm rol oynayırlar.
Qeyd edim ki, Konstitusiya Qanununa edilən son dəyişikliyə əsasənAzərbaycan Ombudsmanın bərabərlik hüququnun, uşaq hüquqlarının vəəlilliyi olan şəxslərin hüquqlarının təmin edilməsinin monitorinqivə təşviqi üzrə müstəqil monitorinq mexanizmi funksiyası təsbitolunmuşdur ki, bu da insan hüquq və azadlıqlarının daha səmərəlimüdafiəsi və birgə əməkdaşlığımız üçün yeni imkanlar yaradır"- deyəo əlavə edib.