“Araz-Naxçıvan” 4 futbolçu ilə yolları ayırıb.
Msport.az xəbər verir ki, bu barədə Premyer Liqa klubu məlumat yayıb.
Sezar Meza Kolli, Karlos Jatoba, Bernardo Dias və Miço Kuzmanoviçlə başa çatan müqavilə yenilənməyib.
Qeyd edək ki, buna qədər baş məşqçi Elmar Baxşıyevlə yanaşı, İssuf Paro, Ömər Buludov, Kristian Avram, Tərlan Əhmədli, Ürfan Abbasov, Slavik Alxasov, Qara Qarayev, Bəxtiyar Həsənalızadə, Ülvü İsgəndərov, Vanderson Melo, Ramon Maçado və Nuno Rodrigeslə müqaviləni yeniləyən, Bar Koen, Çance Simakala Ba-Muakanı transfer edən “Araz-Naxçıvan” Vadim Abdullayevlə yollarını ayırıb.